"3 polis əməkdaşını və 1 mülki şəxsi öldürən adam əvvəllər dəfələrlə dələduzluq əməllərinə görə məhkum olunub. Vətəndaşların etibarından sui-istifadə edib pullarını mənimsəyib. İnsan sosial varlıqdır, cinayət törətməsinə yol açan faktorlar da sosial faktorlardır. Cəzanın tətbiq edilməsi də sosial ədaləti bərpa etmək üçündür. Lakin elə cinayətlər də var ki, bunları törətmək insanların mənəvi keyfiyyətləri ilə bağlıdır. Təkrar cinayət törətmək məsuliyyəti ağırlaşdıran haldır. Bizdə dələduzluq cinayətlərində yumşaq davranılır. Bununla belə digər cinayətlərlə müqayisədə dələduzluq hallarının dinamikasında artım var. Hər dələduzluq hadisəsinə görə cinayət işi açılmır. Bəzi hallarda məsələ mülki qaydada həll olunur. Bu da təəssüf ki, dələduzluq hallarını artırır, dələduzların harınlaşmasına gətirib çıxarır. Ona görə də düşünürəm ki, hər bir dələduzluq faktına görə cinayət işi qaldırılmalıdır. Cinayət varsa, cəzası da olmalıdır, cinayətkar cəzalandırılmalıdır. İnsanlar da ayıq-sayıq olmalıdırlar, etibarlarından sui-istifadə edilməsinə yol verməməlidirlər".
Törə Zeynallı
Demokrat.az