EN

HadisəLiftin qırılması zamanı ayağını itirmək təhlükəsi ilə üzləşən qadın çıxılmaz vəziyyətdədir - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Ötən gün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırıllması və şaxtaya düşməsi barədə məlumat vermişdik.

Far.Az xəbər verir ki, hadisə zamanı 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb.

Nəticədə beş qadın xəsarət alıb.

Xəsarət alanlardan ən ağır vəziyyətdə olan Sevil İsgəndərovadır. S. İsgəndərovanın yaxınları Far.Az-ə bildirib ki, oğulu və yoldaşını itirmiş xanımdır.

"O, yeznəsinin himayəsində yaşayır. "Damarlarını tikə bilməyiblər. Məcburi olaraq özəl klinikalardan birinə köçürüldü. Əməliyyat 7 saat davam etdi və hazırda vəziyyəti orta ağırdır. Əməliyyat xərci 10 min manat olub. Lakin bu müddət ərzində heç bir qurum və ya MTK rəhbərliyi ailə ilə əlaqə saxlamayıb. Onun tibbi xərcləri qarşılanmayıb. Halbuki Sevil İsgəndərovanın ayağını itirmək ehtimalı da olub".

Far.Az QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
far.az

1Sources