Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin Ortopedik stomatologiya kafedrasının professoru, t.e.d. Zöhrab Qarayev dünyasını dəyişib.
Aztibb.az-ın xəbərinə görə, o, 79 yaşında vəfat edib.
Qeyd edək ki, Zöhrab Qarayev 2010-cu ildə Azərbaycan Respublikası Prezidentin Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin!