EN

Azərbaycanda ətraf mühitin mühafizəsinə çəkilən xərclər 3 dəfəyədək artıb

2023-cü ildə əvvəlki illə müqayisədə ölkədə ətraf mühitin mühafizəsinə çəkilən xərclər 2,9 dəfə artaraq 677,4 milyon manat olub və ümumi daxili məhsulun 0,6 faizini təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu vəsaitin 595,0 milyon manatı ətraf mühitin mühafizəsinə və təbii sərvətlərdən səmərəli istifadə üzrə əsas kapitala yönəldilib, 56,3 milyon manatı ətraf mühitin mühafizəsinə çəkilən cari xərclərdən ibarət olub, 26,1 milyon manatı isə meşə, qoruq və milli parkların saxlanmasına, vəhşi heyvanların, balıqların mühafizəsinə və çoxaldılmasına xərclənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
vergiler.az

1Sources