EN

"Oyunlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur"

İtaliya millisinin baş məşqçisi Luçano Spalletti Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Xorvatiyaya qarşı keçirdikləri oyundan (1:1) sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis belə danışıb:

"Pley-offa yüksəldiyimiz üçün sevincliyəm. Oyunlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur. Heç kimin gözləmədiyi vaxtda riskə getdik və bunu bacardıq. Komandamı əzmkar oyuna görə təbrik edirəm. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Futbolçularımdan daha çox şey gözləyirəm. Mənasız səhvlərə yol vermək olmaz".

Qeyd edək ki, İtaliya seçməsi B qrupundakı mübarizəni 4 xalla ikinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
fanat.az

1Sources