EN

Spalletti Xorvatiya ilə dramatik heç-heçəni şərh etdi

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti AÇ-2024-ün qrup mərhələsinin 3-cü turunda Xorvatiya yığması ilə oyunu (1:1) şərh edib.

Arena.az xatırladır ki, İtaliya yığması ounun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+8) vurduğu qolla məğlubiyyətdən qurtulub.

“Oyunlar bu surətdə həll edildikdə, sonda hər şey daha maraqlı olur. Artıq heç kim buna inanmırdı, amma oyunçular riskə az gedir və fikir aydınlıqlarını qoruyub saxlayırdılar. Onları, necə qarşılıq verdiklərinə görə təbrik etməliyik. Birinci hissədə yaxşı formada deyildik. Bu qədər az iş görürüksə, azına nail oluruq. Bu, nəticəyə haqda düşünüb ona nail ola bilməyəcəyinizə inandığınız bir davranışdır. Mən öz futbolçularımdan daha artığını gözləyirəm. Biz çoxsaylı əhəmiyyətsiz səhvlər buraxırıq. İmkanlarımız gördüklərimizdən daha yüksəkdir. Biz daha çox iş görməliyik”, – deyə Spalletti komandasının çıxışından tam razı olmadığını dilə gətirib.

Qrup mərhələsinin sonuncu, 3-cü turundan sonra “B” qrupunun yarış cədvəlində belə mənzərə yaranıb:

  1. İspaniya – 9 xal
  2. İtaliya – 4 xal
  3. Xorvatiya – 2 xal
  4. Albaniya – 1 xal

Beləliklə, İspaniya və İtaliya yığmaları yarışın 1/8 final mərhələsinə vəsiqə birbaşa qazanıblar. “Skuadra adzurra” ələmə mərhələsində İsveçrə yığması ilə qarşılaşacaq. Xorvatiya yığmasının isə 1/8 finala çıxmaq üçün çox cüzi nəzəri imkanı var.

Vurğulayaq ki, İtaliya yığması cari Avropa çempionu adını daşıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
arena.az

1Sources