EN

Ukraynanın müharibədə uğur strategiyası nədən ibarətdir? - ABŞ Dövlət Departamenti

 
"Tezliklə Birləşmiş Ştatlar Ukraynaya 150 milyon dollar məbləğində yeni hərbi yardım paketi elan edəcək..."
 
Ukraynanın müharibədə uğur qazanması üçün  kifayət qədər hava hücumundan müdafiə vasitələri verilməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms O'Brayyen bəyan edib.
 
Ukraynada tammiqyaslı müharibə davam edir, bu qarşıdurmada ukraynalıların uğur qazanması üçün ilk addımı düşmənin ölkənin şərq hissəsində irəliyə getmək cəhdlərinin dayandırılmasıdır.
 
Rusiyanı özünün atəş mövqelərindən istifadə edərək Ukrayna vətəndaşlarına öz həyatının iqtisadi sahəsini bərpa etməyə mane olmaq imkanlarından məhum etmək lazımdır, Brayyen deyib.
 
Onun sözlərinə görə, bunun üçün ukraynalılara uzunmüddətli mübarizəni davam etdirmək məqsədilə kifayət qədər hava hücumundan müdafiə vasitələri və digər silahlar verilməlidir. Brayyenin fikrincə, o zaman Rusiya irəliyə gedə biləcəyi barədə düşünə biləcək.
 
"Mən indi Ukraynanın uğur strategiyasından danışarkən söhbətin Rusiyanın şərqdə irəliyə getmək cəhdlərinin dayandırılması zəruriliyini nəzərdə tuturam. Bu, uğura aparan ilk addımdır", - o, deyib.
 
ABŞ ukraynalılara rusiyalıların təcavüzünə müqavimət göstərməsi üçün fəal şəkildə kömək edir, o cümlədən texnika və silah verir.
 
Qeyd etmək lazımdır ki, Amerika tərəfi Ukrayna müdafiəçilərinə düşmənin hücumlarından və zərbələrindən özünü qorumaq üçün Rusiya ərazisinə zərbələr endirməyə artıq icazə verib.
 
İyunun 24-də jurnalistlərə bəlli olub ki, tezliklə Birləşmiş Ştatlar Ukraynaya 150 milyon dollar məbləğində yeni hərbi paket verilməsini elan edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
moderator.az

1Sources