EN

Rəqsanə: “Köməkçilərimlə birgə evdə işləyirəm”

 Hər zaman şəxsi həyatı və qalmaqallar ilə gündəmə gələn Rəqsanə İsmayılova bu dəfə məişət qayğılarından danışıb.

Adalet.az bildirir ki, müğənni  köməkçiləriylə birlikdə iş gördüyünü etiraf edib:

“Mənim  köməkçilərim var deyə, o demək deyil ki, iş görməəyim. Efirə gələnə qədər nə qədər iş görmüşəm. Silib- süpürüb, yuyub- yığışdırmağı sevirəm. Mən rayonda böyümüşəm. Dadlı xörəklər bişirməyi anamdan öyrənmişəm. Anam qabliyyətli və bacarıqlıdır. Elə xörək yoxdur ki, mən onu bişirə bilməyim. Bilirsiniz ki, bu qədər imkanlar içərisində sadə olmağı sevirəm. Köməkçilərimlə birgə evdə işləyirəm. Birdən onlara deyirəm ki, yorğunsunuz, gedin dincəlin. Özüm hər şeyi edəcəm. Onlar da insandılar. Onları da başa düşmək gərəkdir”.

Əntiqə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
adalet.az

1Sources