"Rusiya prezidenti Qərbə zərbə vura biləcək geosiyasi cinah açıb".
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu, ABŞ-nin "Asia Times" nəşrinin hazırladığı məqalədə qeyd olunub.
Məqalədə bildirilib ki, iyunun 24-də Moskva ilə Pxenyan arasında münasibətlərin görünməmiş yüksək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması ilə Putin Qərbə meydan oxuyur.
"Ukrayna münaqişəsində məğlubiyyət ABŞ-yə ciddi zərbə vura bilər. Bu məğlubiyyət ABŞ-nin hegemonluğunu İraq və Əfqanıstandakı əbədi müharibələrdən daha çox sarsıda bilər". - məqalədə qeyd olunub.
Gülşən Şərif