EN

Entoni Blinken və Yoav Qallant arasında görüş olub

ABŞ dövlət katibi Entoni Blinken İsrailin müdafiə naziri Yoav Qallant ilə Qəzzada atəşkəsin təmin olunması üçün göstərilən səyləri və Livanla gərginlik məsələsini müzakirə edib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanata görə, Entoni Blinken Vaşinqtona səfər edən İsrail müdafiə naziri Yoav Qallantla görüşüb.
Yoav Qallant ilə Qəzzada atəşkəsin təmin olunması üçün göstərilən səyləri müzakirə edən Entoni Blinken İsrail-Livan gərginliyinin daha da artmamasının təmin edilməsini istəyib.
Entoni Blinken Qəzzada humanitar yardım işçilərinin qorunması və yardımların bölgəyə çatdırılması üçün daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb.
İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Qalant görüş zamanı bildirib ki, ABŞ Livanla gərginlik məsələsində İsrailin yanında olmalıdır.
Yoav Qallant həmçinin qeyd edib ki, israilli əsirlərin azad edilməsi üçün ''Həmas''a daha çox təzyiq göstərilməlidir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
trt.net.tr

1Sources