EN

“Hami”ləri Paşinyanı bu dəfə də aldadacaqlar

Ermənistan Konstitusiyasına dəyişikliklər edilməsiCənubi Qafqazda dayanaqlı sülhün və stabilliyin bərqərar olmasınınəsas şərtlərindən biridir. İrəvan bunu etməli olsa da, vaxtıuzatmağa, "tələsik sülh"ü reallaşdırmağa çalışır.

Ermənistanın Dövlət Müstəqilliyi Bəyannaməsində vəKonstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiasıyer alır. Həmin sənədlərdə sabiq "Dağlıq Qarabağ Muxtar Vilayəti"erməni ərazisi kimi göstərilir ki, bu da Azərbaycanınsuverenliyinə, ərazi bütünlüyünə və sərhəd toxunulmazlığına birbaşatəhdiddir.

Ali qanununda belə iddianın yer aldığı ölkə heç bir haldaAzərbaycan üçün normal münasibətlərin və adekvat əlaqələrin qurulabiləcəyi dövlət sayıla bilməz. Rəsmi Bakı bölgədə əmin-amanlığınbərqərar olmasında maraqlı olduğundan Ermənistanla şərti dövlətsərhədinin demarkasiyası və delimitasiyası prosesini maksimalsürətdə tez başa vurulmasında, yekun sülh müqaviləsininimzalanmasında, regional kommunikasiyaların bərpasında və yenilogistik marşrutların açılmasında maraqlıdır.

Rəsmi İrəvan çox qəribə, məntiqdən və beynəlxalq hüquqdan kənarmövqe nümayiş etdirir. Ermənistan XİN israrla təkrarlayır ki, səndemə, "ölkə Konstitusiyası ilə bağlı dəyişikliklər Ermənistanındaxili işidir və heç bir halda sülh danışıqlarında müzakirəpredmeti ola bilməz".

Erməni diplomatlar, ümid edirik, beynəlxalq hüquqdan vəqətnamələrdən, konvensiyalardan və s. sənədlərdən xəbərdardır.Həmin sənədlərin istisnasız olaraq hamısının leytmotivi iki təməlprinsipdən ibarətdir:

1. Bir ölkənin digərinə qarşı ərazi iddiası, bu iddianındəstəklənməsinə yönəlmiş siyasət, militarist qərarlar, qanunlar,qanunverici aktlar və s. heç bir halda həmin ölkənin daxili işiolmayaraq geniş müzakirə mövzusu, aradan qaldırılması zəruriproblemlərdir.

2. Hərbi əməliyyatlarda məğlub olan və ya kapitulyasiyayauğrayan tərəf qalib tərəfin şərtləri ilə yanaşı, təkliflərininəzərə almalı, sabit sülhün və əsaslı stabilliyin formalaşması üçüngərəkli bütün addımları atmalıdır.

Bu qədər bəsit.

44 günlük İkinci Qarabağ Müharibəsində məğlub və kapitulyasiyayauğradılan tərəf Ermənistan olsa da, baş nazir Nikol Paşinyanınkomandası qalib tərəf kimi davranır, danışıqlarda şərtləri irəlisürür, tələblər səsləndirir, prosesi öz maraqlarına uyğun dəyişməyəvə mənafelərini təmin etməyə çalışır.

Məsələn, Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyalayihəsinin hazırlanmasına hazırlıqların başlanması və layihənin2026-cı ilin sonlarında təsdiqlənməsi barədə fərman imzalayıb.

Rəsmi İrəvan bu minvalla Konstitusiyanın yeni redaksiyasınınhazırlanmasına iki il yarım vaxt sərf olunacağını bəyan edib. Təbiki, yeni mətnin Ermənistanda ümummilli referendumda qəbul edilməsiüçün də daha bir neçə ay gərəkdir.

Yəni Ermənistanda Konstitusiyanın yeni mətni qəbul edilərsə vəİrəvan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı bəndi aradanqaldırarsa, bütün bunlar, ermənilərin fikrincə, ən yaxşı halda3-3,5 ildən sonra baş verə bilər.

Rəsmi Bakının tələblərini xatırlasaq, Azərbaycanla Ermənistanarasında yekun sülh müqaviləsinin imzalanmasının da məhz həminmüddətədək təxirə düşəcəyini ermənilər nəzərə çarpdırırlar.

Eyni zamanda, N.Paşinyan hakimiyyəti ordunun sürətləsilahlandırılması, Fransa, Hindistan, Belçika və s. ölkələrdənsilah-sursatla hərbi texnikanın alınması barədə sazişlərinimzalanması ilə məşğuldur.

Ermənistan həm də ABŞ, Avropa İttifaqı və xüsusilə də FransanınCənubi Qafqazdakı plasdarmına çevrilmək, Qərbin dəstəyi ilə bölgədə"əsas güc" rolunu oynamaq fikrindədir.

İrəvanın bu siyasi şizofreniyasını qidalandıran Fransaprezidenti Emmanuel Makron olsa da, Avropa İttifaqının məmurlarıermənilərə şirnikləndirici vədlər verməklə bölgədə gərginliyi sünişəkildə artırmağa çalışırlar.

Fransa və ya Avropa İttifaqı üçün Ermənistanın inkişafı,ermənilərin rifahı və yaşam səviyyəsinin yüksəlişi, İrəvanın ənmüasir texnologiyalarla iqtisadi potensiala sahiblənməsi kiminüanslar qarşıya qoyulan məqsəd deyil.

Parisin lokomotiv rolunu oynadığı qüvvələrə Cənubi QafqazdaRusiya və İranın təsir mexanizmlərinin zəiflədilərək sıradançıxarılması, bölgənin, ümumiyyətlə, Moskva və Tehranın aktivfəaliyyət orbitindən kənalaşdırılması, Qərb strukturlarının vəinstitutlarının regional gücə çevrilməsidir.

Bütün bunlar postsovet məkanın başqa ərazilərində yaşansaydı,təbii ki, proseslər təhlükəli səciyyə almazdı.

Amma Rusiya və İranın subregional dövlətlər yox, Cənubi Qafqazdabilavasitə bölgə dövlətləri olduğunu və onların heç bir haldakənardan müdaxilələrlə barışaraq, geri çəkilməyəcəklərini nəzərəalsaq, Qərb həddən ziyadə təhlükəli ssenarini reallaşdırmaqistəyir.

Cənubi Qafqaz ölkələri nə üçün, hansı səbəblərdən və nəyə görəRusiya və İranla əlaqələri kəsməli, yalnız Qərbə meyilli siyasətyürütməlidir – bəlli deyil.

Əgər demokratiyadan, azad seçimdən və liberal dəyərlərdən bəhsediriksə – Qərbin də fasiləsiz təkrarladığı mantra da elə budur –Cənubi Qafqaz ölkələri nə üçün ABŞ və Avropa İttifaqı ilə bahəm,Rusiya və İranla normal münasibətlərdə olmamalıdır?

Qərblə Rusiyanın və ya Qərblə İranın qarşıdurmasında tərəf olmaqməcburiyyətində olmamışıq, deyilik də.

Azərbaycanın mövqeyi budur. Gürcüstanın hakimiyyət dairələri dəsoyuqqanlı, rasional xarici siyasət yürütməyə, daxili siyasətdəQərbin maliyyələşdirərək idarə etdikləri qüvvələrin təsiriniazaltmağa çalışır.

Bölgə dövlətləri arasında marionetka durumunda olan təkcəErmənistandır.

Artıq Rusiya və İran açıq şəkildə bəyan edirlər ki, Ermənistanısürətlə silahlandırmağa başlayan Qərb, xüsusilə də Fransa CənubiQafqazda yeni silahlı qarşıdurma niyyətindədir.

Ermənistan cəmiyyəti bilməlidir ki, Nikol Paşinyanhakimiyyətinin təhlükəli, düşünülməmiş və bisavad siyasətinəticəsində ölkədə revanşist qüvvələr yenidən fəallaşarsa,Azərbaycanın ünvanına yenidən hədələr səslənərsə, rəsmi Bakıgərəkli və adekvat tədbirlərə əl atmaq məcburiyyətində qalacaq.

Rəsmi Bakı Ermənistanın sürətlə silahlandırılması prosesinilaqeydliklə və biganəliklə izləmək niyyətində deyil.

İrəvan bunu nə qədər tez anlarsa, ermənilər üçün bir o qədəryaxşıdır...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
3
az.trend.az

4Sources