EN

Hakan Fidan: “Cənubi Kipr bəzi ölkələrin Qəzza əməliyyatlarda istifadə etdiyi bazaya çevrilib”

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Kipr Rum Administrasiyasının (GCASC) əməliyyatların mərkəzinə çevrildiyini bildirib: “Oktyabrın 7-dən sonra, İsrailin başlatdığı ilk əməliyyatlardan sonra biz həmişə kəşfiyyat hesabatları vasitəsilə görürük ki, Cənubi Kipr Rum Administrasiyası bəzi ölkələr tərəfindən xüsusilə Qəzzaya qarşı əməliyyatlarda istifadə edilən bazadır”, - deyib. Bizimyol.info xəbər verir ki, Hakan Fidan "habertürk"ün canlı yayımında xarici siyasət gündəmini dəyərləndirib və sualları cavablandırıb. Dünyanın regional və ya qlobal müharibə ssenarisini ciddi qəbul etməsi lazım olduğuna işarə edən Fidan bu mövzuda xəbərdarlıq etdiyini xatırladıb. Fidan Qəzzada baş verən “qırğın və soyqırımın” bəşəriyyəti iki yerə böldüyünü vurğulayıb: “Əslində bu elə bir məsələdir ki, indi əksər insanların vicdanı müəyyən nöqtəyə, eyni yerə, eyni tezlikə cəmləşib və buna qarşı duran bir struktur, qrup var. Hətta indi dayanmaqda çətinlik çəkirlər. Bu strukturun Ukraynada davam edən müharibə ilə də problemi var”, - deyə bildirib. İsrailin Qəzzaya hücumları sayəsində yayılan müharibə təhlükəsi ilə üzləşdiklərini vurğulayan Fidan, İsrailin soyqırımını davam etdirdiyi müddətcə bu riskin davam edəcəyini vurğulayıb. Fidan xüsusilə Livanın ortaya çıxmasının yayılma riskinin xəbərçisi olduğunu qeyd edərək, Husilərin də iştirakı ilə Qırmızı dənizdə də müharibənin genişlənməsi riskinin olduğunu xatırladıb. Hazırda aşağı intensivlikdə olan qarşıdurmaların böyük bir müharibəyə çevrilməsi və digər aktorları cəlb etmə ehtimalının olduğuna diqqət çəkən Fidan, Cənubi Kipr Rum Administrasiyası ilə bağlı Avropa və regional güclərə xəbərdarlıq etdiklərini bildirib. Kipr Rum Administrasiyasının Qəzzaya qarşı əməliyyatlarda iştirakı ilə bağlı Fidan: “Buranın əməliyyat mərkəzinə çevrilməsi faktı... Oktyabrın 7-dən sonra İsrailin başlatdığı ilk əməliyyatlardan sonra hər zaman kəşfiyyat hesabatları vasitəsilə görürük. Cənubi Kiprin Rum Administrasiyası, xüsusilə Qəzzaya qarşı əməliyyatlarda müəyyən ölkələrin istifadə etdiyi bazaya çevrilib. Orada davamlı olaraq Qəzzaya kəşfiyyat uçuşları və hərbi uçuşlar həyata keçirilir. Biz bunu gündəmə gətirəndə birdən buranı Qəzza üçün logistik baza elan etdilər. Əslində, biz o vaxt dedik ki, bu logistik baza əməliyyatı həmin yerin əslində hərbi baza olduğunu gizlədən fəaliyyətə çevrilib. Bu yerin və yunan adalarının Yaxın Şərqə əməliyyatlar üçün istifadə edilməsinin nə Yunan Kiprə, nə də Yunanıstana faydası olmayacaq. Biz yunanlara da məsləhətimiz odur ki, bu yerlərdən uzaq durun, çünki Yaxın Şərqdə davam edən müharibələrə qarışanda, tərəf tutanda bu atəş gəlib sizi də tapacaq. Artıq eyni coğrafiyadayıq, o da gəlib bizi tapacaq”, - deyib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
bizimyol.info

1Sources