EN

"Milli parkların tanıtımı üçün keçirilən sərgi həmin parklara ziyarətçi axınına müsbət təsir göstərəcək"

İyunun 22-də Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən milli parkların tanıtım tədbiri keçirildi. Tədbirdə Azərbaycan ərazisində olan milli parkların stendləri qurulmuş və məsul əməkdaşlar milli parklar haqqında ziyarətçilərə ətraflı məlumatlar verdilər. “Şahdağ” Milli Parkının əməkdaşı Rafael Musayevi ötən il “Şahdağ” Milli Parkından reportaj hazırladığımız zaman tanımışdıq. Rafael Musayev işinin peşəkarı olmaqla yanaşı, jurnalistlərlə davranışlarında da diqqətcil bir insandır. Qeyd edək ki, ötən il hazırlanan xüsusi reportaja aşağıdakı keçiddən daxil ola bilərsiniz: "Qırmızı kitab"a düşmüş heyvanlar, müxtəlif ağaclar... - "Şahdağ Milli Parkı"ndan video reportaj - https://www.bizimyol.info/az/news/465469.html Zubr, maral, itburnu, "Ögey ana"... - “Şahdağ Milli Parkı”nın İsmayıllı bölməsindən video reportaj - https://www.bizimyol.info/az/news/465549.html "Dağ partladılıb yol açılan “Ögey ana” filminin çəkilişləri üçün ətraf kəndlər səfərbər olmuşdu" - https://www.bizimyol.info/az/news/465565.html “Şahdağ” Milli Parkının stendində Rafael Musayev Bizimyol.info xəbər portalına park haqqında bir daha ətraflı məlumat verdi. Əvvəlcə tədbirdən söz açan Rafael Musayev bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda “Azərbaycanın milli parklarının tanıtımı” adlı sərginin keçirilməsi təqdirə layiqdir. “Şahdağ” Milli Parkının nümayəndəsi Rafael Musayev / Foto: İradə Cəlil, Bizimyol.info “Tədbirin məqsədi, hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 10 milli parkın flora-faunası və bu milli parklarda yaradılmış ekoturizm marşurutları barəsində məlumat verməkdir. Bu, həmin milli parklarda gələcəkdə turizm inkişafına təkan məqsədi daşıyır”-deyən Rafael Musayev qeyd edib ki, tədbirdə hazırlanmış stendlər vasitəsilə tədbirə təşrif buyurmuş qonaqlar həmin milli parklardakı ekoturizm marşurutları və bu marşurutlarla səfər zamanı milli parklarda yararlana biləcəyi xidmətlər barəsində virtual məlumat ala bildilər. Xatırladaq ki, “Şahdağ” Milli Parkı 8 dekabr 2006-cı ildə yaradılıb. Ərazisi 130 508, 1 hektardır. Milli parkda Şərq palıdı, Qafqaz vələsi, Şərq fıstığı, göyrüş, ağcaqayın, gilas, alma və s. digər bitkilərə rast gəlmək mümkündür. Eyni zamanda milli parkda çaqqal, dovşan, dələ, canavar, tülkü, yenot, gəlincik, porsuq, alabaxta, bildirçin və s.var. “Şahdağ” Milli Parkını görmək istəyənlər hər gün ziyarət edə bilərlər. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources