EN

Maşın bazarında ucuzlaşma nə vaxta qədər davam edəcək? - Ekspertdən açıqlama

 

Avtomobil bazarlarında bəzi maşınların qiymətinin ucuzlaşması müşahidə olunur. Avomobil satışı və alışı ilə məşğul olan şəxslər də son zamanlar  bazarda qiymətlərin aşağı düşdüyünü bildirirlər. Ötən ay bu məlumatı keçirdiyi monitorinqə əsasən İqtisadi və Sosial İnkişaf Mərkəzi də təsdiqləyib. Bəs maraqlıdır, avtomobillərin ucuzlaşmasına səbəb nədir? Bu proses nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov ilə əlaqə saxladıq.

O, Missiya.Az-a açıqlamasında bildirib ki, bugünkü gündə nəqliyyat vasitələrinin qiymətləri bir neçə amil üzrə tənzimlənir. Əsas amil ondan ibarətdir ki, nəqliyyat vasitələrinin ili nəzərə alınır:

“Məlum olduğu kimi müəyyən qaydalar çərçivəsində taksi fəaliyyətinə kifayət qədər nəqliyyat vasitələri cəlb olunub, hətta bu kütləvidir.   Yaş senzuru daxil edildikdən sonra müəyyən yeni texniki parametrlərə cavab verən nəqliyyat vasitələrinin istifadəsinə icazəsi verildi, lakin digər nəqliyyat vasitələri üçün bu keçərli olmayacaq. Eyni zamanda, Rusiya istehsalı olan nəqliyyat vasitələrinin də ikinci əl bazarında xüsusi bir çəkisi, payı var.  Nəqliyyat vasitələrinin, xüsusən Asiya istehsalı, yəni Yaponiya, Cənubi Koreya, Çin, və digər ölkələrin istehsalı olan avtomobillərin satışı hazırkı vəziyyətdə əlçatan olmasa belə, bazara daxil ola, yetərincə satışı olan avtomobillərdəndir. Yəni müxtəlif qaydaların tətbiq edilməsi, xarici avtomobillərin gətirilməsi və s. bu kimi amillər hamısı sonda qiymətə təsir edən faktorlar sırasına daxil olur. Və nəticədə avtomobillər ucuzlaşır”.

Aslan Əsədov qeyd edib ki, bazarda avtomobillərin ucuzlaşması yaxın gələcəkdə  utilizasiya prosesinə qədər davam edəcək. Bu prosesin başlanması ilə qiymətlərdə durğunluq yaranacaq. Hazırkı vaxtda isə qiymətlərin ucuzlaşması, hətta iyulun 1-dən sonra  qiymətlərin indiyə nisbətdə daha da azalması gözlənilir. 

Leyla SƏMƏNDƏRMissiya.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
missiya.az

1Sources