EN

Qəzzada 20 mindən çox uşaq itkin düşüb

Taleyi məlum olmayan uşaqların dağıntılar altında, kütləvi məzarlıqda və ya həbsdə ola biləcəyi ehtimal olunur.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbə verir ki, bununla bağlı "Save the Children" humanitar təşkilatı açıqlama yayıb.

Açıqlamaya görə, ötən ilin oktyabrından etibarən Qəzzada gedən münaqişələrdə 20 mindən çox uşaq itkin düşüb. Rəfahdakı son hücumlar isə daha çox uşağın ailələrindən ayrılmasına səbəb olub.

Ümumilikdə Qəzzada mövcud şəraitdə ən azı 17 000 uşağın ailələrindən ayrıldığı və təxminən 4 000 uşağın dağıntılar altında qaldığı ehtimal olunur.

"Qəzzadakı uşaqlara dəstək olmaq hər keçən gün çətinləşir. Partnyorlarımız vasitəsilə biz ayrılmış və müşayiət olunmayan uşaqları müəyyən etməyə çalışırıq. Lakin Qəzzada təhlükəsiz yer yoxdur və uşaqları ailələrinə qovuşdurmaq çətindir. Hazırda davam edən münaqişə icmalara çıxışımızı məhdudlaşdırır". - açıqlamada qeyd olunub. 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
bakivaxti.az

1Sources