EN

Ukraynada generallar arasında GƏRGİNLİK: Vətənə xəyanət ittihamı – İşə Zelenski qarışdı

Ukrayna ordusunda xəyanət mübahisəsi genişlənir.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Atlantic” nəşrinin Kiyevdəki mənbələri məlumat yayıb.

Qəzet yazır ki, “Azov” batalyonunun komandiri Bohdan Kroteviç Xortsiya qoşun qrupunun komandiri general-leytenant Yuri Sodolu vətənə xəyanətdə ittiham edib.

Kroteviçə görə, Sodol digər rus generallarından daha çox Ukrayna əsgərinin ölümünə səbəb olub.

Nəşrin məlumatına görə, Ukrayna generalları arasında yaranan gərginliyə isə prezident Volodimir Zelenski müdaxilə edib.

Bildirilir ki, dövlətə xəyanətdə təqsirləndirilən Xortsiya əməliyyat bölüyü qrupunun komandiri general-leytenant Sodol vəzifəsindən azad edilib.

Onun yerinə briqada generalı Andrey Qnatov təyin edilib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
yenicag.az

1Sources