EN

Liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti AÇIQLANDI

Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alanlardan üç nəfər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nemətulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) xəsarət alıb.

Xəsarət alanlardan 3 nəfər Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan iki nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir, vəziyyətləri stabildir. Digər bir nəfər isə əməliyyat olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabil qiymətləndirilir. Digər iki nəfər isə özəl tibb müəssisəsinə hospitalizasiya olunub".

Xatırladaq ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında liftin qırılıb, şaxtaya düşüb. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində liftin trosu qırılıb. Nəticədə beş qadın xəsarət alıb. Liftdə yeddi nəfərin olduğu məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
3
ucnoqta.az

5Sources