EN

Əhmədin məhkəməsində qalmaqal - Xalası dava saldı

Ailəsini 5 üzvünü öldürən Əhməd Əhmədovun qohumlarından biri məhkəmədə hüquqi varis olmasını istəyib.

Teleqraf.com xəbər verir ki, bu istəkdən sonra məhkəmədə mübahisə yaranıb.

Hakim bildirib ki, Əhməd Əhmədovun anası Pikə Əhmədovanın bacısı hüquqi varis deyil.

Prosesdə səs-küy yaranıb. Nəticədə Əhməd Əhmədovun xalası zaldan kənarlaşdırılıb.

Prosesə bir neçə dəqiqəlik fasilə verilib. Fasilədən sonra tərəflərin razılığı ilə iş baxışa təyin edilib.

İlk baxış iclası iyulun 4-ü keçiriləcək.


Müəllif: Hacı Zeynalov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
3
teleqraf.com

4Sources