EN

Blinken İsrailin müdafiə naziri ilə Qəzzada atəşkəs səylərini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə Qəzzada atəşkəsə nail olmaq səylərini və Livanla gərginliyi müzakirə edib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə Qəzzada atəşkəsə nail olmaq səylərini və Livanla gərginliyi müzakirə edib.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken paytaxt Vaşinqtona səfər edən İsrailli nazir Gallant ilə görüşüb.

Gallant ilə İsrailin hücumlarını davam etdirdiyi Qəzzada atəşkəs elan edilməsi səylərini müzakirə edən Blinken, Livanla gərginliyin daha da artmamasının təmin edilməsi lazım olduğuna diqqət çəkib.

Blinken Qəzzada humanitar yardım işçilərini qorumaq və yardımların bölgəyə çatdırılması üçün daha çox iş görülməli olduğunu bildirib.

İsrail Müdafiə Nazirliyindən verilən məlumata görə, Qalant görüş zamanı bildirib ki, ABŞ Livanla gərginlikdə İsrailin yanında olmalıdır.

Gallant bildirib ki, əsirlərlə bağlı HƏMAS-a daha çox təzyiq göstərilməlidir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
turkustan.az

1Sources