EN

Amerika Kuboku: Braziliya Kosta Rika ilə heç-heçə, Kolumbiya Paraqvayı məğlub etdi -VİDEO

ABŞ-da keçirilən futbol üzrə Amerika Kubokunun qrup mərhələsində D qrupunda yer alan millilər ilk oyunlarını keçirib.

Hyustonda Kolumbiya Paraqvayı 2:1 hesabı ilə məğlub edib. Kolumbiya millisinin və “Kristal Pelas”ın müdafiəçisi Daniel Munoz 32-ci dəqiqədə hesabı açıb. On dəqiqə sonra “Kristal Pelas”ın yarımmüdafiəçisi Cefferson Lerma Kolumbiyanın fərqini dubl edib. 69-cu dəqiqədə isə Paraqvay və “Brayton”un hücumçusu Xulio Ensiso hesab fərqini azaldıb.

D qrupunun digər oyununda isə Braziliya Los-Ancelesdə Kosta Rika ilə qolsuz heç-heçə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
veteninfo.az

1Sources