Mersində qadınları iş vədi ilə aldadaraq fahişəliyə məcbur etdikləri iddiası ilə saxlanılan 9 şübhəlidən 8-i həbs edilib.
KONKRET.az xəbər verir ki, respublika Baş Prokurorluğunun koordinasiya etdiyi əməliyyatda ünvanları müəyyən edilən 9 şübhəli yaxalanıb.
Ünvanlarda silah və çoxlu sayda rəqəmsal material və sənədlər ələ keçirilib. Əməliyyat zamanı fahişəliyə məcbur edildiyi aşkarlanan 5 zərərçəkmiş qadın da xilas edilib.
Jandarma əməliyyatlarının ardından ədliyyəyə sövq edilən şübhəlilərdən 8-i həbs edilib, digəri isə sərbəst buraxılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az