EN

Qadınları fahişəliyə məcbur edən 8 nəfər tutuldu

Mersində qadınları iş vədi ilə aldadaraq fahişəliyə məcbur etdikləri iddiası ilə saxlanılan 9 şübhəlidən 8-i həbs edilib.

KONKRET.az xəbər verir ki, respublika Baş Prokurorluğunun koordinasiya etdiyi əməliyyatda ünvanları müəyyən edilən 9 şübhəli yaxalanıb.

Ünvanlarda silah və çoxlu sayda rəqəmsal material və sənədlər ələ keçirilib. Əməliyyat zamanı fahişəliyə məcbur edildiyi aşkarlanan 5 zərərçəkmiş qadın da xilas edilib.

Jandarma əməliyyatlarının ardından ədliyyəyə sövq edilən şübhəlilərdən 8-i həbs edilib, digəri isə sərbəst buraxılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
konkret.az

1Sources