EN

İranda məşhur reper haqqında çıxarılmış ölüm hökmü ləğv edildi

İranın Ali Məhkəməsi ölkədə hökumət əleyhinə nümayişləri dəstəkləməkdə təqsirli bilinən reper Toumaj Salehinin edam hökmünü ləğv edib.

KONKRET.az İran mənbələrinə istinadən xəbər verir ki, bu barədə onun vəkili Əmir Rəisyan məlumat verib .

“Gözlənildiyi kimi, Ali Məhkəmə ədalətsizlikdən qaçdı. Toumaj Salehinin edam hökmü ləğv edildi”, Raisyan yazıb.

Vəkilin sözlərinə görə, məhkəmə kollegiyası da təsdiqləyib ki, Salehi 6 il 3 ay müddətinə azadlıqdan məhrum edən ilk hökm qanun pozuntuları ilə çıxarılıb.

Salehi 2022-ci ilin oktyabrında etirazçıları açıq şəkildə dəstəklədiyi, o cümlədən bu barədə mahnılar yazdırdığına görə saxlanılıb. 2023-cü ildə reper həbs cəzasına məhkum edilmişdi.

Daha sonra o, zaminə buraxılıb. Tezliklə musiqiçi yenidən həbs olunub və 2024-cü ilin aprelində Salehi ölüm cəzasına məhkum edilmişdi.

Orxan

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
35
konkret.az

1Sources