EN

Çin Aİ-nin Çin şirkətlərinə qarşı sanksiyalarına münasibət bildirib

Çin heç bir beynəlxalq hüquqi əsası olmayan birtərəfli sanksiyalara qarşıdır.

 

Oxu24.com  xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Aİ-nin Rusiya Federasiyasına yardım etdiyi iddia edilən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarını şərh edərkən bildirib.

 

“Çin həmişə beynəlxalq hüququn əsası və BMT Təhlükəsizlik Şurasının mandatına malik olmayan birtərəfli sanksiyaların əleyhinə olub”, o vurğulayıb.

 

Bundan əvvəl bildirilmişdi ki, Aİ 14-cü anti-Rusiya sanksiyalar paketində bir sıra Çin və Türkiyə şirkətlərini Rusiya Federasiyasına qarşı mövcud məhdudiyyətlərdən yayınmaqda ittiham edərək onlara məhdudiyyətlər qoyub.

 

TASS-dakı mənbənin məlumatına görə, Çindən 19 şirkət və Türkiyədən 9 təşkilat məhdudiyyətlərə məruz qalıb. Bundan əlavə, Brüssel bir Hindistan və bir Qazaxıstan şirkətinə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

 

Materialda hansı şirkətlərdən söhbət getdiyi göstərilmir.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi yeni anti-Rusiya sanksiyalar paketini diqqətlə təhlil edəcəklərini bildirmişdi.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
1
oxu24.com

2Sources