EN

Paşinyan növbəti dəfə veloyürüşə çıxdı - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə veloyürüş təşkil edib.

News365.azxəbər verir ki, o, bu barədə özünün Facebook profilində video yayıb. Baş nazir qeyd edib ki, artıq 5-ci yürüşü reallaşdırır: "Yürüşdən əvvəl və sonra Göyçəyə olacaq veloaksiyanın təşkilati məsələlərini müzakirə etdik".

Qeyd edək ki, bəzi saytlar Paşinyanın ölkədə etiraz yürüşləri tüğyan etməyə başlayandan sonra veloyürüşlərə start verməsini inqilabçı keşiş Baqrat Srbazana cavab kimi qiymətləndirirlər. İddia olunur ki, Nikol Paşinyan ölkədə etiraz yürüşlərinin yox, idmana, dinc həyata dair yürüşlərin daha sağlam olduğunu göstərməyə çalışır. Bundan başqa, o, xalq arasında daha çox görünməyə cəhd edir.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
news365.az

1Sources