EN

HƏMAS-ın nümayəndəsi Moskvadadır

HƏMAS-ın nümayəndəsi Moskvadadır.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bazar ertəsi, iyunun 24-də axşam Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin binasında HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüş keçirib.

Söhbət zamanı Əbu Mərzuk rusiyalı həmkarına Qəzza zolağında baş verənlər, İsrailin İordan çayının qərb sahili və Qüdsü ilhaq etmək planları, həmçinin İsrailin Fələstinli əsir və oğurlanmış şəxslərə qarşı törətdiyi kobud qanun pozuntuları barədə məlumat verib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
interpress.az

1Sources