EN

ABŞ Ukraynaya 150 milyon dollarlıq yeni yardım paketini elan edəcək

Bu gün ABŞ Ukraynaya 150 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan edəcək.

Bu barədə İqtisadiyyat.az "Associated Press"ə istinadən xəbər verir.

Məlumata görə, paketə ölkəyə ən çox lazım olan sursatlar daxildir. Yeni yardım paketinə raket sistemi mərmiləri, 105 mm və 155 mm-lik artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlar və qumbaraatanlar daxildir.

Qeyd edək ki, ABŞ-nin Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də açıqlanıb .

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
iqtisadiyyat.az

10Sources