EN

Ronaldoya görə meydana girən uşaq görün kim imiş

Türkiyə- Portuqaliya matçında meydançaya girərək Kriştiano Ronaldo ilə şəkil çəkdirən balaca uşaq dünyanın xəbər gündəmini zəbt edib.

Publika.az xəbər verir ki, onun kimliyi bəlli olub. Bildirilir ki, bu, 10 yaşlı Berat Uluğdur. “Milliyyət”də çıxan xəbərə görə, matç öncəsi dostları ilə mərc edən Berat bu barədə atası Çətin Uluğa heç nə deməyib. Berat atasına “tualetə gedirəm” deyərək arenada oturduğu yeri tərk edib.

Ata hadisə anını bu ifadələrlə izah edib: “Birdən onu meydana yaxın yerdə gördüm və qaçmağa başladı”.

Almaniyanın “KSV Hessen Kasselin” klubunun U-11 komandasının 10 nömrəsi Berat, “Arzularımı gerçəkləşdirdim. İndi mənim Kriştiano Ronaldo ilə şəklim var. Mən bunu formanınm üzərinə çap edib otağımda saxlayacağam” deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
1
publika.az

2Sources