Prezident Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı müəmmlar davam edir. Bunu Türkiyə xarici işlər naziri Hakan Fidanın “Habertürk”-ə açıqlaması da sübut edir. Hakan Fidanın sözlərinə görə, Putinin Türkiyəyə səfəri ilə bağlı müzakirələr yaxın vaxtlarda yenidən başlayacaq. O xatıraldıb ki, səfərin vaxtının dəyişməsinə və uzanmasına səbəb hər iki ölkədə keçirilən seçkilər olub.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti -yə açıqlamasında Putin ilə Ərdoğan arasında görüşün Astanada baş tutacağını söyləyib. Onun sözlərinə görə, hazırda bu məsələ araşdırılır.
Oxuməni.az