EN

Stenli kubokunun qalibi məlum oldu

Milli Hokkey Liqasında çempion məlum olub. Seriyanın 7-ci görüşündə nəhayət ki, Stenli kubokunun sahibi müəyyənləşib.

Xatırladaq ki, final seriyasının ilk 3 oyununda “Florida Panters” komandası qalib gəlmişdi. Lakin “Edmonton Oylers” ardıcıl 3 qələbə qazanmaqla turnirin ən böyük sensasiyalarından birinə imza atmağa yaxınlaşmışdı. 3 oyunluq uğursuzluqdan sonra Florida təmsilçisi özünə gələrək sensasiyanın baş verməsinin qarşısını alıb.

“Panters”in meydançasında keçirilən 7-ci oyunda ilk periodda iki qol olub. Əvvəlcə meydan sahiblərindən Verhege, ardınca isə qonaqlardan Yanmark fərqlənib. İkinci periodun sonunda Raynhart yenidən cənubluları önə çıxarıb. Bu hesab sona qədər dəyişməz qalıb və “Florida Panters” tarixində ilk dəfə Stenli kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
futbolinfo.az

1Sources