EN

Qələbəmiz erməni kilsəsinin tarixi statusunu dəyişir - Zahid Oruc

"Vətən müharibəsində qələbəmiz erməni kilsəsinin tarixi statusunu dəyişir və Ermənistan hakimiyyəti nəhayət, Katalikos institutunun müstəsnalığına, hökmranlığına son qoymağa  yaxındır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, müstəqillik günündə 2-ci Qareginin rəsmi tədbirə buraxılmaması, Nikol Paşinyanın “təsir agentləri” adlandırdığı din xadimləri ilə yaxın 3 ayda həlledici döyüşün olacağını göstərir:

“Bəli, sərhədin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür”.

O bildirib ki, hakim partiyadan deputat Arsen Torosyan, “1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik”, söyləyir: 

“Bir  kilsə əmin-amanlığa xidmət etmirsə, o Allah evi yox, hərbi-siyasi qərargahdır, dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var.

Biz Ermənistanın siyasi hakimiyyəti ilə barış anlaşması imzalayacağıq, lakin kilsə və dünya erməniçiliyi xalqımızla düşmənçiliyi davam etdirəcək”.

Günel Abbas

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources