EN

ABŞ: “Biz Livanda İsrailə kömək edə bilmərik”

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Q. Braun İsrailə xəbərdarlıq edib ki, “Hizbullaha qarşı hərtərəfli müharibə apararsa, onun müdafiəsinə kömək edə bilməyəcəklər”.

Turkustan.az xəbər verir ki, Afrika ölkələrinin müdafiə nazirlərinin görüşü üçün Botsvanaya gedərkən jurnalistlərə açıqlama verən Braun deyib ki, Hizbullahla müharibə olacağı təqdirdə ABŞ əvvəllər İranı hava hücumundan müdafiə etməyə kömək etdiyi kimi İrana təsirli kömək edə bilməyəcək. Aprel ayında İranın çoxlu yaxın mənzilli raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumda ABŞ İsrailin müdafiəsinə dəstək verib . Hizbullahla müharibə olacağı təqdirdə İranın HƏMAS-a verdiyindən daha çox dəstək alaraq münaqişəyə qatılacağını vurğulayan Baş Qərargah rəisi həmçinin bildirib ki, “Hizbullahın müntəzəm olaraq İsrailə atdığı qısa mənzilli raketləri dəf etmək daha çətindir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
turkustan.az

1Sources