“Dünyadakı misli görünməyən böhranlar fonunda BMT-nin islahatı həmişəkindən daha zəruridir. Bu, dünya təşkilatının Təhlükəsizlik Şurasından başlamalıdır. Buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olmaq olar”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir.