EN

Rusiyaya qarşı sanksiya: Türkiyənin də qoşulması üçün ABŞ görün nə edib

Türkiyə Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarında mümkün qədər iştirak etməyə çalışacaq, çünki Ankaranın beynəlxalq maliyyə qurumlarının dəstəyinə ehtiyacı var.

Publika.az xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer "RİA Novosti"yə bildirib.

“Əslində, Ankara ölkədə keçirilən yerli seçkilərdən əvvəl Rusiyaya qarşı sanksiyalarda “qismən” iştirak etməyə başladı”, - agentliyin həmsöhbəti xatırladıb.

Onun sözlərinə görə, Türkiyənin “taktiki” hərəkətlərinə cavab olaraq ABŞ Suriyanın şimalına nəzarət edən Kürd administrasiyasına (YPG) təzyiq göstərərək iyunun 11-də yerli seçkiləri təxirə salıb və ya ləğv edib.

"Ankara administrasiyası Suriyada formalaşa biləcək kürd muxtariyyətinə özünün milli təhlükəsizliyinə təhdid kimi baxır. Yüksək inflyasiya və kövrək iqtisadiyyata görə, Ərdoğan administrasiyasının beynəlxalq maliyyə qurumlarının dəstəyinə ehtiyacı var", - ekspert vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
50
publika.az

10Sources