EN

Tacikistanda təmtəraqlı toy\yas mərasimi keçirənləri cəriməsi artırılır

Tacikistanda toy və yas mərasimlərinin keçirilməsi qaydalarının pozulmasına görə cərimələr artırılıb.

Musavat.com “Fərqanə” xəbər agentliyinə istinadla xəbər verir ki, Tacikistanda İnzibati Xətalar Məcəlləsinə müxtəlif bayram və mərasimlərin keçirilməsi qaydalarının tənzimlənməsi ilə bağlı dəyişikliklər qüvvəyə minib.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu “Respublika” qəzeti dərc edib.

Dəyişikliklər cərimələri nəzərdə tutur:

şənlik və ya mərasim keçirmək niyyəti barədə yerli tənzimləyici orqanlara məlumat verməməyə, habelə tədbirlər zamanı pul səpməyə və pulun nümayişkaranə paylanmasına görə - 720 somoni və ya 67 dollar məbləğində;

ad günləri, sünnət və uşağın doğulması, dəfn mərasimləri ilə bağlı digər ayinlərin keçirilməsi qaydalarının pozulmasına görə fiziki şəxslərə 8640 somoni və ya 815 ABŞ dolları məbləğində cərimə tətbiq edilir. Vəzifəli şəxslər 25200 somoni və ya 2377 dollar məbləğində cərimələnəcək;

dəvət olunmuş qonaqların təsdiq edilmiş sayına, bayramın keçirilmə vaxtı və müddətinə əməl etməməyə görə fiziki şəxslər 15 840 somoni və ya 1 494 ABŞ dolları, vəzifəli şəxslər isə 39 600 somoni və ya 3 735 ABŞ dolları məbləğində cərimə olunacaqlar.

Dəyişikliklərdə qeyd olunur ki, tədbirlərin müddəti 3 saatdan çox olmamalıdır, ziyafət iştirakçılarının sayı 150 nəfərə qədər, toy məclisi 200 nəfərə qədər, “domodtalbon” və “arusbinon” ayinləri ( həyat yoldaşının valideynlərinin evinə ilk ziyarət) – 15 nəfərə qədər olmalıdır. Şənliklər 22:00-dan gec olmayaraq başa çatmalıdır.

Fiziki və hüquqi şəxslər (sənətçilər, restoranlar, kafelər, mətbəxlər və ziyafət salonları) tərəfindən bayram və mərasimlərin keçirilməsi qaydalarının pozulmasına görə 21 600 somoni və ya 2 037 ABŞ dollarından 108 min somoni və ya 10 188 ABŞ dollarına qədər cərimə nəzərdə tutulur.

481-ci maddə, həmçinin müsəlmanların həcc ziyarəti - ümrə və həcc ilə bağlı ayinlərin yerinə yetirilməsi qaydasına riayət edilməsinə dair norma ilə tamamlanıb.

Zəvvarları yola salmaq və qarşılamaq, haciziyorat (ziyarət), hajitalbon (həcc ziyarətindən qayıdanların qəbulu), hacıoşi (ikramlar), sovqatların paylanması, zəvvarların şərəfinə həyətlərin, küçələrin və avtomobillərin bəzədilməsi qaydalarını pozan şəxslər cəzalandırılacaq. Onlar 21 600 somoni və ya 2 037 ABŞ dolları, vəzifəli şəxslər 57 600 somoni və ya 5 433 dollar məbləğində cərimə olunacaqlar.

İnzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində yuxarıda göstərilən əməllərin təkrar törədilməsinə görə fiziki şəxslər 72 min somoni və ya 6792 ABŞ dolları, vəzifəli şəxslər 86.400 somoni və ya 8.151 ABŞ dolları, hüquqi şəxslər 180 min somoni və 17 min dollar məbləğində cərimə edilir.

Tacikistanda adət-ənənələrin və mərasimlərin tənzimlənməsi haqqında qanun 2007-ci ilin iyununda qüvvəyə minib. O, şadlıq və mərasimlər keçirərkən əhalini qənaət etməyə məcbur etmək məqsədi ilə qəbul edilib. Bu qanunu pozduqlarına görə taciklər hər il yüz minlərlə dollar cərimə olunurlar.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
musavat.com

1Sources