EN

Azərbaycan bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkədir ŞƏRH

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “CaspianOil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “CaspianPower” sərgilərindən reportaj yayımlanıb. Həmin reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Euronews”a müsahibəsidə yer alıb.

Dövlətimizin başçısı “Euronews”a verdiyi müsahibədə Azərbaycanın mövqeyini açıqlayıb, gələcək planlardan bəhs edib. Prezident İlham Əliyev ölkəmizin bu gün nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu diqqətə çatdırıb.

“Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır”- deyən Dövlət başçısı ötən ilin oktyabrında Azərbaycanda 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışının olduğunu, bu gün isə ümumi gücü 1 qiqavat olan üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasiminin keçirildiyini qeyd edərək, bunun yalnız başlanğıc olduğunu, ölkəmizin orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırdığını bildirib.

Bu gün Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerjiyə yönəldir. Bu istiqamətdə görülən işlər, həyata keçirilən layihələr göz önündədir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

Ökə başçısı sualları cavablandırarkən bərpaolunan enerjiyə keçidlə bağlı qarşıya çıxan çətinliklərdən, problemlədən də danışıb. Cənab Prezident bu çətinliklərin milli enerji şəbəkəsi ilə bağlı olduğunu bildirərək qeyd edib ki, biz şəbəkəni gücləndirməliyik ki, sərmayadarların verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən də bəhs edən Dövlətimizin başçısı COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaq olduğunu vurğulayıb. Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycan COP zamanı və ondan sonar sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
sesqazeti.az

1Sources