EN

Balakəndə yeni park salınıb

Balakən, 25 iyun, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Balakən Rayon İcra Hakimiyyəti və “Balacans” MMC-nin birgə təşkilatçılığı ilə Balakən şəhərinin Heydər Əliyev prospekti 88 ünvanında yeni park salınıb.

AZƏRTAC xəbər verir ki, parkda həmişəyaşıl şam ağacları əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb və ziyartəçilərin istirahəti üçün hər cür şərait yaradılıb.

Yeni parkın ətrafı kərpicdən inşa olunub və milli ornamentlərlə bəzədilib. Sakinlərin istirahəti üçün parkda oturacaqlar quraşdırılıb. Gələcəkdə isə burada hovuz və fəvvarə inşa olunması nəzərdə tutulur.

Yevlax-Zaqatala-Gürcüstan magistralının kənarında təşkil edilən parkda yerli sakinlərlə yanaşı, şəhərin qonaqları da istirahət edə biləcəklər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
azertag.az

1Sources