Xarici mətbuatın verdiyi xəbərə görə , Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoqu davam etdirəcəyini bildirib.
“Mən Vladimir Putinlə dialoqu davam etdirəcəyəm”, “ Biz son aylar əlaqə saxlamamışıq, lakin mən bu və ya digər mövzuda danışmağın mümkünlüyünü istisna etmirəm.
Fransa lideri bəyan edib ki, o, “dialoqun gücünə inanır”. "Mən tam səmimiyyətlə danışıram: dialoqun davam etdirilməsinin həmişə vacib olduğuna inanıram", - prezident vurğulayıb. Makron nə demək istədiyini dəqiq izah etmədən əlavə edib ki, Rusiya lideri ilə “nüvə elektrik stansiyaları məsələsini” xüsusi olaraq müzakirə edəcək.