EN

Natəvan Dəmirçioğlunun kitabı çap olundu

Yazıçı Natəvan Dəmirçioğlunun "Açar" adlı yeni kitabı çap olunub.

Kulis.az xəbər verir ki, “Açar” mövzusu həyatdan götürülən, psixoloji məqamlarla zəngin olan, gerçək hadisələri əks etdirən, real obrazlar sisteminə malik müasir romandır.

Romandakı hadisələr üç müxtəlif dövrü əhatə edir. Əsasən 44 günlük Vətən müharibəsi və Zəfər dövrü ilə başa çatır.

Obrazların yaşantıları, həyat mübarizəsi, sevgisi olduqca təbii lövhələrlə təsvir edilir.

Natəvan Dəmirçioğlunun “Açar” romanımövzu tutumuna və bədii xüsusiyyətlərinə görə çağdaş nəsrimizin uğurlu əsəri hesab edilə bilər. Müəllifin ən böyük uğuru isə açar obrazını və simvolikasını Azərbaycan, hətta dünya ədəbiyyatında ilk dəfə söz sənətində gətirməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
1
kulis.az

2Sources