EN

Azərbaycan daha bir beynəlxalq foruma ev sahibliyi edəcək

Bakı. Trend:

27-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma evsahibliyi edəcək.

Trend bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinəistinadən məlumat verir.

Bildirilib ki, iyunun 27-də Bakıda “Yaşıl dünya naminəHəmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlıBeynəlxalq Forum keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC-nintəşkilatçılığı ilə keçiriləcək beynəlxalq forumda məqsəd ətrafmühitin mühafizəsi, dayanıqlı gələcəyə doğru birgə fəaliyyət,ekoloji həmrəylik və idarəçilik sahəsində ölkəmizin liderlik rolunuqlobal miqyasda təşviq etmək, eyni zamanda, tullantıların idarəolunmasında ən yaxşı təcrübələrin və innovativ yanaşmalarınyayılmasını, əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.

Bakı forumunda BMT-nin səlahiyyətli təmsilçiləri, müxtəlifbeynəlxalq təşkilatların, o cümlədən, bir sıra xarici ölkələrinnümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edəcək.

Qeyd edək ki, tullantıların səmərəli idarə olunması sahəsindədayanıqlı təcrübələrin təşviqində, beynəlxalq əməkdaşlıqda,innovasiyaların nümayiş etdirilməsi və yeni təşəbbüslər ətrafındamüzakirələrin aparılmasında bu Forumun yeni bir platformayaçevrilməsi gözlənilir.

Forumun yekununda iştirak edən təşkilatlar və şirkətlərtərəfindən tullantıların dayanıqlı idarə edilməsi təcrübələrinə,innovativ qablaşdırma həllərinə, təkrar emal və tullantılarınazaldılması strategiyalarının təşviqinə dair "Sıfır Tullantı" BakıTəşəbbüsü qəbul ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
30
az.trend.az

10Sources