EN

Türkiyədə güclü zəlzələ qeydə alindi

Türkiyənin qərbində yerləşən Manisa şəhərində 5 maqnitudalı zəlzələ olub.Avropa.info "Report"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu bildirib.Məlumata görə, yeraltı təkanların ocağı 12,7 km dərinlikdə yerləşib. Zəlzələ yerli vaxtla 01:36-də (Bakı vaxtı ilə 02:36) qeydə alınıb. Təbiət hadisəsinin episentri Soma yaşayış məntəqəsində olub.Ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi zəlzələni 4,8 maqnitudada qiymətləndirib.Tələfat və dağıntı barədə məlumat verilməyib.

Chosen
96
50
avropa.info

10Sources