EN

"Papa Johns Pizza Azerbaijan" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Papa Johns Pizza Azerbaijan" Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirib.
Tədbirlər iyun ayında uşaq sığınacaqları, uşaq evləri və əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş müəssisələrdə baş tutub. "Papa Johns Pizza Azərbaycan" uşaqların sevə-sevə gözlədikləri pizzalarla onlara xoşbəxt və əyləncəli anlar yaşadıb.
Bu tədbirlər çərçivəsində "Papa Johns Pizza Azərbaycan" 12 fərqli müəssisəni ziyarət edib, oradakı uşaqlara öz sevgisini və diqqətini çatdırıb. Ümumilikdə 805 uşaq bu tədbirlərdə iştirak edib. "Papa Johns Pizza Azərbaycan"la birlikdə "Bolt Food", "Unibank" və "Urbach Hacer Young" şirkətləri də fəal iştirak ediblər. Bu şirkətlər öz hədiyyələri ilə uşaqların sevincinə sevinc qatıb və onların üzündə təbəssüm yaradıblar.
"Papa Johns Pizza Azərbaycan" üçün hər kəsin sevdiyi pizzalarla uşaqları xoşbəxt etmək çox önəmlidir. Şirkət, tədbirlərin keçirilməsində dəstək göstərən bütün tərəfdaşlara və iştirak edən hər kəsə dərin minnətdarlığını bildirir. "Papa Johns Pizza Azərbaycan" gələcəkdə də dadlı pizzaları ilə balacalara sevinc bəxş etməyə davam edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
29
oxu.az

10Sources