EN

İspaniya millisinin yeni rekordçusu bəlli oldu

İspaniya millisinin yeni rekordçusunun adı bəlli olub.

Sportal.az xəbər verir ki, söhbət Xesus Navasdan gedir.

AVRO-2024-ün üçüncü turunun Albaniya ilə görüşündə meydana start heyətində çıxan Xesus Avropa və dünya çempionatlarında İspaniya millisinin ən yaşlı futbolçusu adına sahib çıxıb.

Navas 38 yaş 216 günlüyündə oynayıb. Belədə, o, Santyaqo Kanizaresin rekordunu da yeniləmiş olub.

Kanizares DÇ-2006-da Səudiyyə Ərəbistanı ilə görüşdə 36 yaş 248 günlüyündə meydana çıxmışdı.

Əlavə edək ki, İspaniya Albaniyaya 1:0 qalib gəlib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
sportal.az

1Sources