EN

Paytaxtın bəzi ərazilərində və 3 rayonda qaz təchizatı dayandırılıb

Bu gün saat 09:00-dan Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılıb.

Korrespondent.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər, Qaradağ, Abşeron və Göyçay rayonlarındakı qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar Xəzər rayonunun (Mərdəkan bağlar, Stansiya Qala və Mərdakan yeni yaşayış massivlərinin), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi), Abşeron rayonunun bir hissəsinin (Qobu qəsəbəsi), eləcə də Göyçay şəhəri daxil olmaqla rayonun 25 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Bundan başqa, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttində 2 ədəd siyirtmənin quraşdırılması və 1 ədəd siyirtmənin dəyişdirilməsi, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Kəndoba” qaz paylayıcı stansiyaya çəkilmiş yüksək təzyiqli qol qaz xəttinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı da iyunun 25-i saat 09:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılıb.

Təmir müddətində Abşeron rayonunun (Masazır qəsəbəsi və Yeni yaşayış massivi və qeyri-yaşayış sahələri), həmçinin Ağsu rayonunun bir hissəsinin (10 kənd və qeyri-yaşayış sahələri) qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Chosen
13
49
korrespondent.az

10Sources