EN

Ankarada FETÖ istintaqı: 24 həbs qərarı

 Ankara Respublika Baş Prokurorluğunun Quru Qoşunları Komandanlığında Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli strukturu ilə bağlı apardığı araşdırmada 24 şübhəli haqqında həbs qərarı çıxarılıb.

Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki,  FETÖ-nün Quru Qoşunları Komandanlığında “məxfi xidmətlər” adlanan strukturu ilə bağlı Terror Cinayətləri İstintaq Bürosu tərəfindən istintaq başladılıb.

Şübhəlilərin tutulması üçün Ankara Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən əməliyyatlar davam etdirilir.

Leyla SƏMƏNDƏRMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
missiya.az

1Sources