Türkiyədə, Manisanın Soma rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.
Far.Az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Qeyd edilib ki, saat 02.36-da qeydə alınan yeraltı təkanlar yerin təxminən 10,24 kilometr dərinliyində baş verib.
Zəlzələnin dağıntı və insan itkisinə səbəb olub-olmadığını müəyyən etmək üçün sahə işlərinə başlanılıb. Balıkəsirdə Savaştepe rayonunda zəlzələ zamanı eyvandan tullanan bir nəfər yüngül xəsarət alıb.
Zəlzələdən sonra maqnitudası 1,8 ilə 3,1 arasında olan 4 afterşok olub.
Far.Az QALEREYA