EN

5 rayonda qaz kəsiləcək


Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər, Qaradağ, Abşeron və Göyçay rayonlarındakı qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 25-də saat 09:00-dan qaz təchizatının dayandırılması nəzərdə tutulub.
“Təmir işləri aparılan müddətdə Xəzər rayonunun (Mərdəkan bağlar, Stansiya Qala və Mərdakan yeni yaşayış massivlərinin), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi), Abşeron rayonunun (Qobu qəsəbəsi) bir hissəsinin, eləcə də Göyçay şəhəri daxil olmaqla rayonun 25 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - məlumatda deyilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
49
yeniavaz.com

10Sources