EN

Rusiya XİN: Rusiya və Şimali Koreya arasındakı saziş üçüncü ölkələrə xəbərdarlıqdır

Rusiya ilə Şimali Koreya arasında imzalanan Hərtərəfli Tərəfdaşlıq Sazişi regiondakı problemləri güc yolu ilə həll etməyə çalışan üçüncü ölkələrə xəbərdarlıqdır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib. 

Rusiya XİN rəhbərinin müavininin qeyd etdiyi kimi, Rusiya dəfələrlə bu sənədin Cənubi Koreyanın və regiondakı üçüncü ölkələrin maraqlarına zidd olmadığını qeyd edib.

O xatırladıb ki, yarımadada sabitliyi pozan ən mühüm amil ABŞ-ın hərbi təlimlər keçirərək hərbi varlığını artıran siyasətidir. Rudenko bəyan edib ki, Moskva ABŞ-ın regiondakı hərəkətlərini Rusiya və Çini də əhatə etmək kimi qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources