EN

“Məktəbdə uşaqların adı gedir, ölzəri 13-14 yaşda ərdə olurlar”

“Sovet dönəmindən qalma iki gözəl sistemimiz var idi, biri təhsil, digəri isə səhiyyə. İkisinin də yenisini yaratmamış dağıtdıq. Bəzən bizə “şair xalq”, “bəstəkar xalq” deyirlər, amma biz həm də  “dağıdıcı xalq”ıq. Biz hər iki sistemi təkmilləşdirmək əvəzinə dağıtdıq. Biz var olan sistemi inkişaf etdirə bilərdik, çünki sovet təhsil sistemi dünyada ən flqman sistemlərdən biri idi”. 
Bu sözləri  Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.  Gənclərin ali və orta təhsildən yayınması barədə danışan Vəziroğlu bunun səbəblərini sadalayıb:  “Bəzən sovet təhsilini tərifləyəndə mənə qarşı çıxırlar. Onda cavabım belə olur ki, bizim dahi liderimiz Heydər Əliyevi də sovet təhsil sistemi yetişdirmişdi. O, Azərbaycanın xilaskarı oldu. Bizim dəyərli Prezidentimiz İlham Əliyevi hansı təhsil sistemi yetişdirib? Təbii ki, sovet təhsili. O, 6 nömrəli məktəbdə oxuyub.  Biz var ola sitemi gərək dağıtmayaydıq, gah Baloniya sisteminə keçdik, gah kurikulumu tətbiq elədik... Dünyada elə bir sistem qalmadı ki, ona keçməyək, qatıb-qarışdırdıq, hələ də eksperimintlə məşğuluq. Müstəqilliyimizdən 30 ildən artıq vaxt keçib, amma hələ də bilmirik nə edək. Bu, çox mürəkkəb məsələdir, amma bunun kökündə dayanan səbələr var. Biz elə bildik ki, mövcud sistemi silməklə göydən bizə gözəl təhsil sistemi enəcək və biz Oksford, Harvard, Kembric universitetləri ilə rəqabət aparacağıq. Nəticə isə biabırçılıqdır”.  SEO Xidməti B.Vəziroğlu qeyd edib ki, problemləri aradan qaldırmaq üçün ilk növbədə təhsil sitemi dəyişməlidir:  “Çarə təkdir - biz mükəmməl bir təhsil sistemi tapıb onu qurmalıyıq. Bu gün bizim minlərlə balalarımız orta təhsildən belə yayınır. Ən dəhşətli mənzərə budur. Çünki hər adam ali təhsil almaya bilər, buna məcbur da deyil, amma cəmiyyət üçün nomal insan olmaq, özünü aparmaq qaydalarını bilmək üçün orta təhsil mütləqdir. İnsan təməl şeyləri bilməlidir.  Bu gün sosial şəbəkələrdə bir qədər müşahidə aparmaq kifayət edir ki, acınacaqlı vəziyyəti görəsən. İnsanlar “dost” sözünü “dosd” kimi yazırlar. Bunu azyaşlı uşaqlar yox, böyük xanımlar, kişilər edirlər. Sosial şəbəkələr bizim güzgümüzdür. 

100 il əvvəl Mirzə Cəlil necə “Azərbaycan savadsızlar ölkəsidir” yazmışdısa, həmin mənzərə bu gün də var. Bu bizim təhsil sistemimizin çox bərbad vəziyyətdə olmasından irəli gəlir. Kim istəyir, oxuyur, kim istəyir oxumur, dərsə getmir, rayonlarda qızları 13-14 yaşından ərə verirlər, Bakıda məktəblərdə yalandan uşaqların adlarını yazırlar, amma dərsə davamiyyət yoxdur. Belə təhsil olmaz!” 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
1
buta.tv

2Sources