Britaniya dövləti "Vikiliks"in ("WikiLeaks") qurucusu Culian Assancı azad edib. Assanc azadlığa çıxdıqdan sonra dərhal təyyarə ilə vətəni Avstraliyaya yola düşüb. Bu barədə məlumat "Vikiliks"in X sosial şəbəkəsindəki səhifəsində verilib.
Assanc 2019-cu ildən bəri Britaniyanın ciddi rejimli Belmarş həbsxanasında saxlanılırdı. Burada o, 1901 gün keçirib. London Ali Məhkəməsinin 24 iyun tarixli qərarı ilə Assanc girov müqabilində azadlığa buraxılıb.
Hürr Tərcüman